Konqresmen Sheyla Cəkson Li Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib

Konqresmen Sheyla Cəkson Li Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib
# 17 iyul 2013 17:45 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun sədri Səməd Seyidovun rəhbərlik etdiyi, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadənin daxil olduğu Azərbaycan nümayəndə heyəti ABŞ Konqresindəki Azərbaycan üzrə Dostluq Qrupunun üzvləri ilə görüşlər keçirmək məqsədilə ABŞ-da işgüzar səfərdədir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti 16 iyul tarixində Texas ştatını təmsil edən konqres üzvü Şeyla Cəkson Li (Sheila Jackson Lee) ilə görüş keçirib. Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.

Görüş zamanı ABŞ və Azərbaycan arasında münasibətlərin daha da irəlilənməsi, xüsusən, enerji, terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konqres üzvü xanım Şeyla Cəkson Li regionda sabitlik üçün ABŞ və Azərbaycan arasında yaranmış dostluq və strateji müttəfiqlik münasibətlərinin vacibliyini vurğulayıb. Bundan əlavə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində Cənub Dəhlizi proyektinin reallaşması ilə aparıcı rolunun daha da möhkəmlənəcəyini qeyd edib və ABŞ-ın bu sahədə ölkəmizə və digər iştirakçı ölkələrə dəstək olmasında əmin edib.

Seyla Cəkson Li təmsil etdiyi Texasın Azərbaycanla olduğu xüsusi münasibətləri də qeyd etmiş və bacı şəhərlər olan Hyuston və Bakı arasında əməkdaşlığı artırmağın yollarını HBSCA-nin (Houston Baku Sister City Association) Prezidenti İradə Axundova ilə müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR