Qənirə Paşayeva: “Ermənistan beynəlxalq təşkilatların soyuq münasibətindən istifadə edərək dinc sakinləri atəşə tutur”

Qənirə Paşayeva: “Ermənistan beynəlxalq təşkilatların soyuq münasibətindən istifadə edərək dinc sakinləri atəşə tutur”
# 20 iyun 2014 12:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, deputat bildirib ki, dünən axşam Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq, Əlibəyli kənd sakini Ətayə Əliyevanın evini və özünü atəşə tutub. Nəticədə Ə.Əliyeva yaralanıb və təcili olaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Q.Paçayeva deyib ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri yenə də atəşkəs rejimini pozaraq, 72 yaşlı Qaraqız Nağıyevanı və onun 5 yaşlı nəvəsi Nurcanı yaralayıblar: "Avropa Şurası Parlament Assambleyasının sessiyasında bu məsələni təbii ki, qaldıracağıq. Eyni zamanda inanıram ki, yaxın günlərdə Bakıda keçiriləcək ATƏT PA-nın toplantısında da nümayəndə heyətimiz bu məsələni qurumun diqqətinə çatdıracaq və ondan bu kimi məsələlərə sərt münasibət bildirməsini və addımlar atmasını tələb edəcək. Mən o bölgəni təmsil edən millət vəkili olaraq onların səsini və çağırışlarını buradan beynəlxalq təşkilatlara çatdırmaq istəyirəm. Onlar BMT-dən, ATƏT-dən, Avropa Şurasından və onların burdakı ofislərindən mülki Azərbaycan vətəndaşlarının və onların evlərinin hədəfə alınmasına son qoyulması istiqamətində sərt açıqlamalar və münasibət gözləyirlər. Məhz beynəlxalq təşkilatların bu məsələlərə bu cür soyuq münasibətindən Ermənistan istifadə edərək öz çirkin əməllərini davam etdirir, dinc sakinləri atəşə tutur. Biz beynəlxalq təşkilatları Ermənistana təzyiq göstərməyə çağırırıq. Eyni zamanda ön cəbhə kəndlərində ən ön nöqtələrində yerləşən evlərin, ailələrin təhlükəsizliyinin daha da artırılması üçün həmin evlərin önündə təhlükəsizlik divarlarının tikintilərini daha da sürətləndirmək lazımdır. Ön cəbhə kəndləri ilə bağlı xüsusi proqrama da ehtiyac var".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR