Tənqidçi Elnarə Tofiqqızının ölüm səbəbinin araşdırılması ilə bağlı millət vəkilinə müraciət edilib

Tənqidçi Elnarə Tofiqqızının ölüm səbəbinin araşdırılması ilə bağlı millət vəkilinə müraciət edilib
# 28 noyabr 2013 09:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Jurnalist Anar Niftəliyev həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölüm səbəbinin araşdırılması ilə bağlı millət vəkili Çingiz Qənizadəyə müraciət edib. Bu barədə APA-ya A.Niftəliyev özü məlumat verib.

A. Nifətliyev deputat Çingiz Qənizadədən baş verən hadisə üzrə açılan cinayət işi ilə maraqlanmasını, baş prokurorun və səhiyyə nazirinin diqqətinin bu işə cəlb edilməsi üçün lazım olan addımları atmağı, həmçinin Milli Məclisdə həkim səhlənkarlığının qurbanları ilə bağlı məsələni müzakirəyə çıxarmasını xahiş edib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Xatırladaq ki, A.Niftəliyev mətbuata açıqlamasında ekspertizanın ilkin rəyinə əsaslanaraq, E.Tofiqqızının həkim məsuliyyətsizliyi və səhlənkarlığı üzündən dünyasını dəyişdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR