Dow Jones indeksi 0,9%, S&P 500 indeksi 0,7%, Nasdaq indeksi 0,5% enib

Dow Jones indeksi 0,9%, S&P 500 indeksi 0,7%, Nasdaq indeksi 0,5% enib
# 03 fevral 2014 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 31-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 15 699 bəndədək, S&P 500 0,7% - 1 783 bəndədək, Nasdaq 0,5% - 4 104 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında yanvarın 31-də FTSE 100 indeksi 0,4% - 6 510 bəndədək, Almaniya DAX-ı 0,7% - 9 307 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 166 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 244,20 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3485 dollar (-0,5%) təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR