Mətbuat Şurası 2013-cü ildə gördüyü işlər barədə hesabat hazırlayacaq

Mətbuat Şurası 2013-cü ildə gördüyü işlər barədə hesabat hazırlayacaq
# 05 dekabr 2013 13:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dekabrın 4-də Salyan rayonunun Qaraçala qəsəbəsində Mətbuat Şurası İdarə Heyətinin səyyar iclası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin yerli ofisində baş tutan iclasda iki məsələyə baxılıb.

İclasda çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, il başa çatmaqdadır və buna görə də Şura 2013-cü ildə gördüyü işlər barədə hesabat hazırlayıb cəmiyyətə təqdim etməli və eyni zamanda 2014-cü ilin iş planı da hazırlanmalıdır.

MŞ İdarə Heyətinin üzvləri çıxışlarında cari ildə görülmüş işlərə nəzər salıblar və hesabatın müxtəlif detallarını müəyyənləşdirilməsi üçün təkliflərini səsləndiriblər. Qərara alınıb ki, Şuranın Katibliyi bununla bağlı müvafiq işləri həyata keçirsin. Hesabatın və 2014-cü il üçün iş planının İdarə Heyətinin dekabrın sonlarında keçiriləcək iclasında müzakirəyə çıxarılması məqsədəmüvafiq sayılıb.

İclasda həmçinin Şuranın Şikayətlər üzrə Komissiyasının 28 noyabr 2013-cü il tarixli iclasında qəbul olunmuş rəyləri əsasında qərarlar çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR