Milli Məclis iki qanuna rəy verməsi üçün yenidən Müdafiə Nazirliyinə müraciət edəcək

Milli Məclis iki qanuna rəy verməsi üçün yenidən Müdafiə Nazirliyinə müraciət edəcək
# 01 noyabr 2013 13:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisi uzun müddətdir Müdafiə Nazirliyinin rəyi olmaması səbəbindən müzakirəsi ləngidilən, bu sessiya isə nazirliyin rəyi olmadan müzakirəyə çıxarılması gözlənilən iki qanun layihəsini rəy verməsi üçün yenidən nazirliyə müraciət etməyi planlaşdırır.

Parlamentdən APA-ya verilən məlumata hörə, buna səbəb Müdafiə Nazirliyinin rəhbərliyində baş verən son dəyişikliklərdir.

Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” və “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihələrinin nazirliyin rəyi olmadan müzakirəyə çıxarılması planlaşdırılırdı. MN-in rəhbərliyində və strukturunda baş verən dəyişikliklərdən sonra hər iki qanun layihəsinə rəy verilməsi üçün yenidən nazirliyə müraciət etməyi planlaşdırır.

Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında bildirib ki, komitənin növbəti iclasında bu məsələni qaldıracaqlar. Deputat qeyd edib ki, hər iki qanuna MN-in yeni rəhbərliyinin rəyinin öyrənilməsi üçün müraciət edəcəklər.

Qeyd edək ki, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsində hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi əksini tapıb. Digər güzəştlərlə yanaşı, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də təkliflər arasındadır. “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” layihəsində isə əlavə hərbi birləşmələrin yaradılmasına zəmin yaradacaq müddəalarla bağlı dəyişikliklər nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR