AFFA “Bakılı” klubunu ölkə çempionatından kənarlaşdırıb

AFFA “Bakılı” klubunu ölkə çempionatından kənarlaşdırıb
# 20 may 2014 13:52 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsi I divizionda çıxış edən “Bakılı” klubuna ağır cəza verib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən iclasda paytaxt təmsilçisi 2014/15 mövsümündə ölkə çempionatının aşağı dəstəsində oynamaq hüququndan məhrum edilib.

Bunun səbəbi bakılıların mövsümdə 2-ci dəfə üzrlü əsas olmadan oyuna getməməyidir. Mövsümün sonuncu – XXX turunun “Kəpəz”lə görüşünə getməyən komanda bu dəfə də texniki məğlubiyyət alıb – 0:3.

Qeyd edək ki, “Bakılı” XXIV turun “Şahdağ”la səfər oyununa da getməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR