Azərbaycan Dövlət Neft Fondunun xərcləri gələn il 15 mlrd. dollara çatacaq - VİDEO

Azərbaycan Dövlət Neft Fondunun xərcləri gələn il 15 mlrd. dollara çatacaq - <span style="color: red;">VİDEO
# 04 noyabr 2013 10:38 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu bu gün Milli Məclisin komitələrinin birgə iclasında 2014-cü il üçün büdcə zərfinin müzakirəsi zamanı Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.


Onun sözlərinə görə, bu vəsaitin 300 mln. manatı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə xərclənməsi təklif olunur. Gələn il Bakı-Tbilisi- Qars dəmir yolu layihəsinin icrasına daha 132 mln. manatın ayralıması nəzərdə tutulur.


Fond rəhbəri bildirib ki, ARDNF-in 2014-cü il üçün büdcə layihəsində həmçinin 285 mln. manatın yeni neft-kimya kompleksinin inşası, 33,7 mln. manatın təhsil sahəsinə ayrılması planlaşdırılır. Ş.Mövsümov vurğulayıb ki, Trans-Anadolu boru kəmərinin (TANAP) inşası layihəsinin maliyyələşdirilməsinə isə gələn il 800 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR