Rusiya Ukrayna daxili işlər nazirini beynəlxalq axtarışa verib

Rusiya Ukrayna daxili işlər nazirini beynəlxalq axtarışa verib
# 21 iyun 2014 14:53 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyası İstintaq Komitəsi Ukrayna daxili işlər naziri Arsen Avakov və Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyski haqqında beynəlxalq axtarış elan edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.

A.Avakov və İ.Kolomoyski ilə bağlı cinayət işi iyunun 18-də açılıb.

Rusiya İstintaq Komitəsinin versiyasına əsasən A. Avakov, İ. Kolomoyski və Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyinə daxil olan şəxslər aprelindən 12-dən mülki vətəndaşları qəsdən öldürmək məqsədi ilə nəzarət etdikləri və tabeliklərində olan Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, Ukrayna Milli Qvardiyası və “Pravıy sektor” üzvləri, o cümlədən İ. Kolomoyski tərəfindən yaradılan və maliyyələşdirilən Ukrayna Daxili İşlər Nazirliyinin “Dnepr” xüsusi təyinatlı taborunun döyüşçülərinin iştirakı ilə aparılan hərbi əməliyyatlara rəhbərlik ediblər.

Rusiya İstintaq Komitəsi həmçinin hesab edir ki, “Zvezda” teleşirkətinin jurnalistləri Andrey Suşenkov və Anton Malışevin oğurlanmasını, habelə bu teleşirkətin jurnalistləri Yevgeni Davıdov, Nikita Konaşenko və digər rusiyalı jurnalistlərin qanunsuz saxlanılmasını da A.Avakov, İ.Kolomoyski və Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsləri təşkil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR