ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq

ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq
# 29 noyabr 2013 13:30 (UTC +04:00)

Bakı - ADA Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb.

ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, müqaviləyə əsasən ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq.

Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa İttifaqı üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək. Magistratura proqramının ADA-nın 2007-ci ildən bəri əməkdaşlıq etdiyi Belçikanın Avropa Kolleci ilə birgə həyata keçiriləcəyi planlaşdırılır.

Qrant müqaviləsi əsasında Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxana yaradılması, ADA-nın professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər görüləcək.

Yaradılacaq Avropa İttifaqı üzrə magistratura proqramı ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistratura proqramının təkibində həyata keçiriləcək.

Qeyd edək ki, 2014-2015-ci akademik il üçün ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər İctimai Siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbulu davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR