Masallıda çağırışçı gənclər hərbi xidmətə yola salınıb - FOTO

Masallıda çağırışçı gənclər hərbi xidmətə yola salınıb - <span style="color: red;">FOTO
# 07 yanvar 2014 16:45 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Yanvarın 7-də Masallı şəhərinin Bayraq Meydanında gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, veteranların, rayon ictimaiyyəti nümayəndələrinin və valideynlərin iştirak etdikləri tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Cahangir İbrahimov açıb.

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq, çağırışçılara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi tövsiyə edib.

Gənclərin valideynləri övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildiriblər.

Sonra Masallı Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər ifa olunub. Sonda çağırışçılar müqəddəs “Quran” və Azərbaycan Respublikasının Dövlət Bayrağının altından keçməklə hərbi xidmətə yola düşüblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR