Azərbaycanda qardaş bacını qətlə yetirib - YENİLƏNİB - VİDEO

Azərbaycanda qardaş bacını qətlə yetirib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 13 iyun 2014 11:31 (UTC +04:00)

Şəmkir Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, 33 yaşlı Nəsibə Tağılını qardaşı, 25 yaşlı Adil Tağılının qətlə yetirdiyi müəyyən edilib.

A. Tağılı saxlanılıb.

Qətl hadisəsi ötən gecə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib.

***

saat 11.53

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib.

Şəmkir Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Çaparlı kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Şəmkir Rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Məlumata görə N. Tağılı azyaşlı bacısı qızı ilə bir yerdə yaşayırmış.

Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR