“Unibank” keçirdiyi lotereyasının növbəti qaliblərini mükafatlandırıb

“Unibank” keçirdiyi lotereyasının növbəti qaliblərini mükafatlandırıb
# 06 iyun 2014 13:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Unibank” 90 min manatlıq uduş fondu olan “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının daha bir tirajının qaliblərini açıqlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 8-ci tirajın 26 qalibi müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında seçilib. Qaliblərdən 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.

Lotereya tirajlarında ümumilikdə 390 lotereya iştirakçısı qalib elan ediləcək. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın uduş məbləği 6 000 manat təşkil edir. Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndirilir və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ olarsa, o zaman qalibə qalıq məbləğ təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR