Hacıqabul-Pirsaat mənzilində 9 km yol əsaslı təmir olunur - FOTO

Hacıqabul-Pirsaat mənzilində 9 km yol əsaslı təmir olunur  - <span style="color: red;">FOTO
# 11 oktyabr 2013 07:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, bu gündən dəmir yolunun Pirsaat-Hacıqabul mənzilində 9 km yolun əsaslı təmirinə başlanılıb. Səhər tezdən start götürən təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci km-də start verilib. Bu günə kimi 281 km yol əsaslı təmir olunub, bunun da 227 km-nin 800 m-lik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiya “Eximbank”ının nəzarət qrupu müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR