Ukrayna Rusiyadan Viktor Yanukoviçin ekstradisiyasını tələb edir

Ukrayna Rusiyadan Viktor Yanukoviçin ekstradisiyasını tələb edir
# 28 fevral 2014 19:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

“Ukrayna vətəndaşı Viktor Yanukoviçin Rostov şəhərində mətbuat konfransı keçirməsi onun Rusiya Federasiyasında olduğunu təsdiqləyir”, - Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd edilir.

Sənəddə Rusiya Baş Prokurorluğundan müsbət cavabın gözləndiyi bildirilir.

Xatırladaq ki, bu gün Viktor Yanukoviç hələ də Ukraynanın legitim prezidenti olduğunu və yeni hökuməti tanımadığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR