Deputat Novruz Aslanov İsmayıllıda seçiciləri qəbul edib - FOTO

Deputat Novruz Aslanov İsmayıllıda seçiciləri qəbul edib - <span style="color: red;">FOTO
# 30 may 2014 07:40 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov mayın 29-da seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna səfər edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, həmişə olduğu kimi bu dəfə də deputat hər bir seçicini fərdi qaydada qəbul edib, onları dinləyib. Qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Ayrı-ayrı sakinlər şəxsi məişət problemləri barədə də millət vəkilinə müraciət ediblər. Bəzi məsələlər yerindəcə həll edilib. Deputat bir neçə məsələ ilə bağlı müvafiq addımların atılacağını bildirib.

Qeyd olunub ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi, onları hər həftə qəbul etmək deputat Novruz Aslanovun əsas fəaliyyət istiqamətlərindən biridir. Hər həftə bu məqsədlə İsmayıllı rayonuna mütəmadi olaraq səfərlər edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR