Avropa Şurasının baş katibi: “İnanıram ki, yeni prezident Ukraynada sülh və demokratiyanın bərqərar olması üçün qətiyyətlə hərəkət edəcək”

Avropa Şurasının baş katibi: “İnanıram ki, yeni prezident Ukraynada sülh və demokratiyanın bərqərar olması üçün qətiyyətlə hərəkət edəcək”
# 26 may 2014 07:59 (UTC +04:00)

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ukrayna xalqını öz prezidentini seçməsi, P. Poroşenkonu isə ilk turda seçilməsi münasibətilə təbrik edib.

T. Yaqland bildirib ki, vətəndaşların verdiyi bu dəqiq mandat Ukraynada siyasi böhranın həllində önəmli mərhələdir: “Mən inanıram ki, yeni prezident ölkədə sülh və demokratiyanın bərqərar olması üçün qətiyyətlə hərəkət edəcək. O, Ukraynada islahatlara, xüsusən Konstitusiya islahatına dəstək məsələsində Avropa Şurasına arxalana bilər. Demokratiya, insan haqları və qanunun aliliyi Ukrayna xalqının və dövlətinin çiçəklənməsini təmin edəcək yeganə vasitədir”.

Polşa prezidenti Bronislav Komorovski isə telefonla P. Porolşenkonu təbrik edib. O, ümid etdiyini bildirib ki, seçkidən sonra Ukraynada vəziyyət sabitləşəcək. B. Komorovski P. Poroşenkonu Polşada ilk demokratik seçkilərin keçirilməsinin 25-ci ildönümü ilə əlaqədar iyunun 3-4-də keçiriləcək tədbirlərə dəvət edib. Bu tədbirlərə ABŞ prezidenti Obama da qatılacaq.

İsveçin xarici işlər naziri Karl Bildt də P. Poroşenkonu təbik edib. O, “Twitter” səhifəsində qeyd edib ki, seçkidə qazanılan nəticə Ukrayna və Avropa üçün yaxşı nəticədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR