Bərdə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb

Bərdə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb
# 09 dekabr 2013 12:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF tərəfindən Bərdə rayonu üzrə sahibkarlıq subyektlərindən taxılçılıq, o cümlədən qarğıdalı istehsalı təsərrüfatlarının, pambıqçılıq təsərrüfatlarının, bağçılıq təsərrüfatlarının, ətlik və südlük istiqamətli cins heyvandarlıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin, plastik qapı-pəncərə və tamet istehsalı müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR