Bakıda növbəti əmək yarmarkası keçirilib - VİDEO

Bakıda növbəti əmək yarmarkası keçirilib - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı Tennis Akademiyasında paytaxtın Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə əmək yarmarkası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, aktiv məşğulluq tədbirində hər üç rayonun məşğulluq mərkəzləri tərəfindən müəssisələrdən toplanıb, əsasən qulluqçu və fəhlə peşələri üzrə ümumilikdə 392 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Vakant iş yerləri 43-ü özəl sektora aid 49 müəssisəyə aid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR