Bakıda yaşayış evində partlayış verib

Bakıda yaşayış evində partlayış verib
# 18 noyabr 2013 09:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yaşayış evinin həyətində partlayış verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 16-da Binəqədi rayonu Xutor qəsəbəsində yaşayan Əli Rəhimov həyətində məişətdə istifadə edilən qaz balonu ilə ehtiyatsız davrandığından partlayış baş verib.

Evin pəncərə şüşələri sınıb, qapı çərçivəsindən çıxıb, Ə.Rəhimov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR