DİN: Bakıda ruhi xəstəxanadan qaçanlar müxtəlif cinayətlərdə təqsirləndirilirlər

DİN: Bakıda ruhi xəstəxanadan qaçanlar müxtəlif cinayətlərdə təqsirləndirilirlər
# 16 noyabr 2013 09:31 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.

Onların tutulması üçün müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR