Milli komandamız Almaniyadakı turnirdə məğlubiyyətlə başlayıb

Milli komandamız Almaniyadakı turnirdə məğlubiyyətlə başlayıb
# 01 iyul 2013 13:33 (UTC +04:00)

Bakı – APA. Almaniyada 15 yaşadək futbolçular arasında ənənəvi turnirə start verilib. Apasport.az saytının məlumatına görə, Almaniya Futbol İttifaqının təşkil etdiyi yarışda 21 yerli klubun U-15 komandası ilə yanaşı, Azərbaycanın U-16 yığması da iştirak edir.

Aslan Kərimovun yetirmələri ilk oyunda “Şlezviq Holsteyn”ə 0:1 hesabı ilə uduzub. Bu gün millimiz Cənub-Qərb regionunun yığması ilə oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR