ANAMA-nın direktoru NATO-da görüşlər keçirib

ANAMA-nın direktoru NATO-da görüşlər keçirib
# 15 noyabr 2013 11:48 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov NATO-nun mənzil-qərargahında olub. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Səfər çərçivəsində NATO-nun Avroatlantik Tərəfdaşlıq Şurası formatında keçirilən iclasında N. İsmayılov təqdimatla çıxış edib. O, rəhbərlik etdiyi qurumun bu günədək həyata keçirdiyi layihələr, o cümlədən Ceyrançöl ərazisinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi məqsədilə NATO ilə birgə həyata keçirilən Ceyrançöl Sülh Naminə Tərəfdaşlıq (SNT) Etimad Fondunun birinci mərhələsi çərçivəsində görülən işlərin gedişatı və gələcək planlar barədə məlumat verib.

Toplantıda Ceyrançöl SNT Etimad Fondunun ikinci mərhələsinin rəsmi açılışı da elan olunub.

Görüşlər zamanı Türkiyə Ceyrançöl layihəsinin donorları sırasına qoşulduğunu elan edib.

Bundan əlavə, səfər çərçivəsində NATO-nun İnteqrasiya, Tərəfdaşlıq və Əməkdaşlıq və Əməliyyatlar idarələrində, o cümlədən bir sıra dövlətlərin NATO yanında daimi nümayəndəliklərində yüksək səviyyəli görüşlər keçirilib. Bu görüşlərdə ANAMA-nın milli və beynəlxalq fəaliyyəti, o cümlədən xarici ölkələrdə həyata keçirilən layihələrə verdiyi töhfələr və gələcək potensial layihələrdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın Əfqanıstanda mina təhlükəsinin azaldılmasında iştirakının vacibliyi vurğulanıb və bu istiqamətdə həyata keçirdiyi tədbirlər təqdir olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR