Bidzina İvanişvili: “Rusiyaya güzəştə gedəcək bir şeyimiz yoxdur” - FOTO

Bidzina İvanişvili: “Rusiyaya güzəştə gedəcək bir şeyimiz yoxdur” - <span style="color: red;">FOTO
# 14 may 2013 14:33 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə – APA. Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün jurnalistlərlə növbəti görüş keçirib. APA-nın məlumatına görə, Gürcüstanın NATO-ya üzvlüyü yolundakı Rusiya əngəlini aradan qaldırmaq üçün hər hansı kompromis formulunun olub-olmadığı haqda sualı cavablandıran B. İvanişvili bildirib ki, Gürcüstan Rusiya ilə məmnuniyyətlə kompromisə gedərdi, lakin Gürcüstanın güzəştə gedəcək bir şeyi yoxdur. O qeyd edib ki, Gürcüstan hər iki məqsədə - həm Rusiya ilə münasibətləri qaydaya salmaq, həm də ölkəni NATO-ya aparmaq məqsədinə nail olacaq: “Gürcüstanın NATO-ya üzvlüyünə Rusiyanın qarşı çıxmasını aqressiv qarşılamaq lazım deyil. Rusiyanın bir çox ölkəyə, məsələn, Polşaya münasibəti də bu cür olub. Rusiya buna başqa cür yanaşsaydı, ideal variant olardı, lakin digər ölkələr NATO-ya daxil ola bilibsə, bunu biz də edə bilərik”.

B. İvanişvilinin fikrincə, Rusiya hakimiyyəti anlayır ki, Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq onların ölkəsinə fayda gətirmir və Gürcüstanın NATO-ya daxil olması Rusiyaya zərər vurmayacaq.

B. İvanişvili deyib ki, planlaşdırılan yeni Konstitusiya dəyişiklikləri ilə oktyabrda keçiriləcək prezident seçkilərindən sonra baş nazirin xeyli artacaq səlahiyyətləri yenidən ixtisar olunacaq: “Biz Konstitusiya komissiyası yaradırıq. Konstitusiya yenidən dəyişəcək və baş nazirin artan səlahiyyətləri balanslaşdırılacaq”.

Baş nazir Ahıska türklərinin Gürcüstandakı ata-baba yurdlarına köçürülməsi prosesinə başlamaq lazım olduğunu da vurğulayıb. Xatırladaq ki, Gürcüstan Avropa Şurası qarşısında Ahıska türklərinin öz vətənlərinə qayıtması barədə öhdəlik götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR