İranda avtobus yük avtomobili ilə toqquşub, ölən və yaralananlar var

İranda avtobus yük avtomobili ilə toqquşub, ölən və yaralananlar var
# 30 aprel 2014 09:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün Şiraz-İsfahan yolunda, Mərvədəşt rayonunun yaxınlığındakı Sivənd kəndində olub.

Sərnişin avtobusun yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan dörd nəfərin vəziyyəti ağırdır. Hadisə nəticəsində ölən isə avtobus sürücüsüdür.

Ötən gün isə “Cənub Pars” qaz yatağında işləyən fəhlələri evə aparan xidməti avtobus su kanalına aşıb. Nəticədə 21 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR