Dağıstanda məscidin imamı qətlə yetirilib - VİDEO

Dağıstanda məscidin imamı qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 11 aprel 2014 12:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Dağıstan Respublikasının Qızıl-Yurd bölgəsində məscidin imamı qətlə yetirilib.

APA-nın Rusiya bürosunun məlumatında görə, dünən gecə saatlarında iki naməlum silahlı şəsx imam Maqomed Zakaryayevin evinə girərək onu qətlə yetiriblər.

Qatillərin tapılması istiqamətində Rusiya hüquq-mühafizə orqanları axtarışa başlayıb.

M.Zakaryayevin vəhhabi təriqətinə qarşı olduğu üçün öldürüldüyü güman olunur.

Qeyd edək ki, təkcə 2012-ci ildə Rusiyada 7 nəfər din adamı silahlı hücum nəticəsində qətlə yetirilib. Müsəlman din adamlarına qarşı silahlı hücumlar daha çox Şimali Qafqazda baş verib. 2012-ci ilin avqustunda Dağıstanda 74 yaşlı imam Şeyx Səid Atasayev sui-qəsd nəticəsində öldürülüb.

2012-ci iiin iyul ayında Tatarıstanın müftisi İlduz Faizovun avtomobilinə qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində müfti ağır yaralanıb, onun köməkçisi isə həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR