Putin Rusiyadakı müsəlman liderlərini miqrantların adaptasiya olunmalarına kömək etməyə çağırıb

Putin Rusiyadakı müsəlman liderlərini miqrantların adaptasiya olunmalarına kömək etməyə çağırıb
# 22 oktyabr 2013 17:57 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Putin bu gün ölkədəki müsəlman dini təşkilatlarının muftiləri ilə görüşündə deyib.

“İslamın yeni sosiallaşması, müasir sosial reallığa uyğun olaraq, ənənəvi islam həyat tərzinin, təfəkkür və baxışlarının inkişafı kimi qarşılanmalıdır. Bu dindarları orta əsrlərə sürükləyən radikalların ideologiyasına qarşı olmalıdır”, deyə Putin qeyd edib.

Rusiya dövlət başçısının sözlərinə görə, burada islam mədəniyyət mərkəzləri, elmi-maarifləndirici mərkəzləri, gənclər və qadın klublarının vasitəsi ilə yeni iş üsullarının həyata keçirilməsi də çox vacib məsələdir.

“Mən ölkəyə işləməyə və yaşamağa gələn müsəlmanların sosial adaptasiyasında sizin də verəcəyiniz töhfənin çox əhəmiyyətli olacağına əminəm”, deyə Putin vurğulayıb.

“Onlar sizin səsinizi eşitməlidirlər, sizin iştirakınızı hiss etməlidirlər. Əks halda, onlar müxtəlif radikal qurumların apardığı təbliğatın obyektlərinə çevrilir”, deyə Rusiya prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR