Təhsil Problemləri İnstitutunun sabiq direktoru yeni vəzifəyə təyin olunub

Təhsil Problemləri İnstitutunun sabiq direktoru yeni vəzifəyə təyin olunub
# 18 oktyabr 2013 13:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə işindən azad edilən Təhsil Problemləri İnstitutunun sabiq direktoru Abdulla Mehrabov yeni vəzifəyə təyin olunub.

Bu barədə APA-ya məlumat verən Abdulla Mehrabov deyib ki, bundan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində Pedaqoji Təhsilin Problemləri Laboratoriyasının müdiri kimi fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, hazırda müdir vəzifəsini tutmaq üçün müsabiqə elan edilib və bu proses oktyabrın 24-də başa çatacaq: “Bundan sonra universitetin Elmi Şurasının iclasında gizli səsvermə yolu ilə seçki olacaq. Bu təklif mənə universitet tərəfindən verilib. Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsindən getdikdən sonra bir çox işlər təklif olunmuşdu. Amma mən bu vəzifənin üstündə dayandım. Çünki Pedaqoji Təhsilin Problemləri Laboratoriyasında müdir işi Təhsil Problemləri İnstitutda olan işin davamıdır. Bu, pedaqoji fəaliyyətlə bağlı aparılan işlərimin davamı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR