Mahmud Abbas Binyamin Netanyahu ilə görüşməyə razılaşıb

Mahmud Abbas Binyamin Netanyahu ilə görüşməyə razılaşıb
# 11 oktyabr 2013 02:32 (UTC +04:00)

Bakı-APA. Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparmağa razılıq verib. APA-nın “The Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Abbas Netanyahu ilə hər hansı ilkin şərt olmadan görüşməyə razılaşıb. Fələstin tərəfi artıq ABŞ hakimiyyətini niyyəti haqda məlumatlandırıb.

Siyasətçilərin görüşünün yaxın zamanda Qüdsdə baş tutacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR