Türkiyə vətəndaşı Naxçıvanda avtomobillə iki azyaşlı bacını vuraraq öldürüb

Türkiyə vətəndaşı Naxçıvanda avtomobillə iki azyaşlı bacını vuraraq öldürüb
# 25 oktyabr 2013 10:36 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.

Rayonun Mahmudkənd kəndi ərazisində Türkiyə vətəndaşı Bayhan Akçay idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçən Düdəngə kənd sakinləri, azyaşlılar - Gülay Rzayeva və onun bacısı Tülayı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaqlar orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR