BMT miqrantlar üçün cəlbedici ölkələrin adını açıqlayıb

BMT miqrantlar üçün cəlbedici ölkələrin adını açıqlayıb
# 12 sentyabr 2013 08:44 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Hazırda öz ölkələrindən kənarda yaşayan insanların sayı indiyədək tarixdə rast gəlinməyən həddə çatıb.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin İqtisadi və sosial məsələlər departamentinin yeni məruzəsində bildirilir.

Qeyd olunur ki, bu gün dünya üzrə miqrantların sayı 232 mln. nəfər təşkil edir. Bu isə dünya əhalisinin 3,2%-i deməkdir. Miqrantların sayının sürətli artımı daha çox Asiya ölkələrində müşahidə olunur.

BMT miqrantlar üçün daha cəlbedici olan 10 ölkənin adını da açıqlayıb. Bunlar ABŞ (45,8 mln.), Rusiya (11 mln.), Almaniya (9,8 mln.), Səudiyyə Ərəbistanı (9,1 mln.), BƏƏ (7,7 mln.), Böyük Britaniya (7,8 mln.), Fransa (7,4 mln.), Kanada (7,3 mln.), Avstraliya (6,5 mln.) və İspaniyadır (6,5 mln.).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR