Natiq Məmmədov: “Yaxın günlərdə Mərkəzi Seçki Komissiyasının veb kameralarla bağlı qərarı olacaq”

Natiq Məmmədov: “Yaxın günlərdə Mərkəzi Seçki Komissiyasının veb kameralarla bağlı qərarı olacaq”
# 17 sentyabr 2013 09:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Daimi fəaliyyət göstərən məntəqələr tamamilə hazırdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib.

N. Məmmədov məntəqələrin şəraitinin əvvəlki illərdəki məntəqələrlə müqayisədə yaxşı mənada fərqlənəcəyini söyləyib. O bildirib ki, bu il də məntəqələrdə veb kameralar quraşdırılacaq: “Veb kameralardan istifadə Azərbaycanın təcrübəsidir və bir çox ölkələrdə artıq tətbiq edilir. İlk olaraq məntəqələrin 10 faizində veb kameralar tətbiq etmişdik. Bu il isə 20 faizində tətbiq olunacaq. Veb kamera quraşdırılırsa təyinatı üzrə istifadə edilməlidir. Yəni görüntülər aydın, keyfiyyətli olmalıdır. Yəqin ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyasının veb kameralarla bağlı qərarı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR