İordaniyada beynəlxalq xüsusi əməliyyat qüvvələri sərgisi başlayıb

İordaniyada beynəlxalq xüsusi əməliyyat qüvvələri sərgisi başlayıb
# 06 may 2014 08:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu gün İordaniyanın paytaxtı Əmman şəhərində SOFEX-2014 beynəlxalq xüsusi əməliyyat qüvvələri sərgisi başlayıb. Sərginin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən 450-dən artıq şirkətin təmsil olunduğu sərgi mayın 8-dək davam edəcək.

Sərgidə əsasən xüsusi təyinatlı qüvvələr və ordu birlikləri üçün silahlar, avadanlıqlar, aviasiya vasitələri, döyüş texnikası və s. məmulatlar nümayiş etdirilir. Sərgi çərçivəsində bu gün İordaniya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən şoular göstəriləcək.

Sərgidə ziyarətçi qismində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

SOFEX-2014 sərgisinə postsovet ölkələrindən Rusiya, Belarus və Gürcüstan stendlə qatılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2010-cu ildə adıçəkilən sərgidə iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR