Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınır - FOTO

Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınır - <span style="color: red;">FOTO
# 26 dekabr 2013 09:47 (UTC +04:00)

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan və yük yerindən avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Rauf Məhəmməd oğlu Hacıyeva məxsus mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən xeyli miqdarda yaylım fişəngləri, pirotexniki və tezalışan mallar aşkar olunaraq götürülüb.

Daha bir fakt Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Əldə olunmuş əməliyyat məlumatı əsasında «İpək Yolu» Terminalında Qvasalia Revaz Mixayloviçin idarə etdiyi «Scania» markalı IAI 831/QZ 821 dövlət nömrə nişanlı avtomobilin üzərində Çindən daxil olmuş konteynerə gömrük baxışı həyata keçirilib və bu zaman Yük Gömrük Bəyannaməsində qeyd edilən oyuncaq yükündən əlavə, bəyan edilməmiş 87 540 ədəd müxtəlif adda fişənglər, 40 000 ədəd partlayıcı petarda və pirotexnik məmulatları aşkar edilərək götürülüb.

Bu kimi halların qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR