Zaqatalada qəzaya uğrayan “Mercedes" markalı avtomobil yanıb - YENİLƏNİB - VİDEO

Zaqatalada qəzaya uğrayan “Mercedes" markalı avtomobil yanıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 03 noyabr 2013 00:09 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada “ Mersedes” markalı minik avtomobili yolun kənarındakı ağaca çırpılb, daha sonra avtomobil yanıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu, Mazıx kəndi ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini, Alıyev Vüqar İlham oğlu idarə etdiyi “Mersedes” markalı, 90 CC 288 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itrtməsi səbəbindən avtomobili yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəzadan sonra avtomobildə yanğın baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Qəzadan sonra avtomobildə baş verən yanğın nəticəsində avtomobilin mühərriki və salonu yanaraq yararsız hala düşüb. Avtomobilin sürücüsü Vüqar Alıyev və sərnişini Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Vüsal İslam oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Vüqar Alıyev və Vüsal Əliyevə ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR