® Azərbaycan paytaxtında tikinti avadanlıqlarının satışı üzrə ixtisaslaşmış modern ticarət mərkəzi açılacaq - FOTO

<font color=red>® </font>Azərbaycan paytaxtında tikinti avadanlıqlarının satışı üzrə ixtisaslaşmış modern ticarət mərkəzi açılacaq - <span style="color: red;">FOTO
# 26 sentyabr 2013 08:21 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, “Universal Az” şirkətinin bu nəhəng layihəsinin məqsədi tikinti sektorunda fəaliyyət göstərən şirkətlərə keyfiyyətli və orijinal alət və avadanlıqlar təqdim etməkdir.

“Universal Az” bununla da tikinti sektorunda bazar alış-verişindən elitar şoppinq təcrübəsinin yaradılması mərhələsinə addım atır. Əhməd Rəcəbli küçəsi-19 ünvanında açılacaq yeni 6 mərtəbəli ticarət mərkəzi Azərbaycanda bu formatda ilk olacaq.

“Technomall” adlanan ticarət mərkəzi keyfiyyəti özünə başlıca üstünlük sayan tikinti şirkətlərinin orijinal avadanlıqlara ehtiyacını ödəyəcək. Şirkətlər xarici ölkələrdən sifariş etmədən “Universal”ın rəsmi təqdim etdiyi 20-yə yaxın brendin “Bosch”, “Beta”, “Stanley”, “Norton”, “Telwin”, “Magmaweld”, “Kleiberit”, “Henkel”, “Mark”, “Chicago Pneumatic”, “Çağsan Merdiven”, “Rothenberger”, “Turan Makina” və başqalarının məhsullarını “Technomall”dan əvvəlkindən daha sərfəli qiymətlərə əldə edə biləcəklər.

Qeyd edək ki, yeni ticarət mərkəzinin açılışından sonra “Universal” Dərnəgül şosesi, Ziya Bünyadov prospekti-2075 ünvanında yerləşən mağazasını bağlamaq niyyətində olduğunu bildirib. Yaxın günlərdə “Technomall”un təntənəli açılışı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR