NATO Şurası bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək

NATO Şurası bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək
# 02 mart 2014 02:37 (UTC +04:00)

Bakı-APA. NATO müttəfiqləri Ukraynada yaranmış mürəkkəb vəziyyətlə bağlı öz addımlarını sıx əlaqələndirəcəklər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib.

“NATO Şurasının görüşü martın 2-də, NATO-Ukrayna Komissiyasının yekunlarına dair keçiriləcək”, deyə Anders Foq Rasmussen “Tvitter”dəki səhifəsində bildirib.

NATO Şurasının iclasının martın 2-də, günün ikinci yarısında keçiriləcəyini təşkilatın rəsmi nümayəndəsi Oana Lunqesku da təsdiqləyib.

Lunqesku bunun ardınca NATO-Ukrayna Komissiyasının iclasının baş tutacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR