İraqın baş naziri İranda rəsmi səfərdədir

İraqın baş naziri İranda rəsmi səfərdədir
# 04 dekabr 2013 10:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İraqın baş naziri Nuri əl-Maliki İranda rəsmi səfərdədir.

APA-nın İSNA-ya istinadən məlumatına görə, səfər İranın birinci vitse-prezidenti İshaq Cahangirinin dəvəti əsasında həyata keçirilir.

Nuri əl-Maliki Tehranın Mehrabad beynəlxalq hava limanında İranın energetika naziri Həmid Çitçian və İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan tərəfindən qarşılanıb.

Səfərdə məqsəd iki ölkə arasındakı siyasi-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsidir. İraqın baş naziri səfər çərçivəsində İranın bir sıra dövlət rəsmiləri ilə görüşəcək, həmçinin Məşhəd şəhərinə də gedərək Həzrəti İmam Rza (ə.s.) türbəsini də ziyarət edəcək.

Qeyd edək ki, bu, Nuri əl-Malikinin Həsən Ruhani hökumət başına gəldikdən sonra İrana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR