«Viza Kredit» qeyri-bank kredit təşkilatının istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb

«Viza Kredit» qeyri-bank kredit təşkilatının istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb
# 02 iyul 2013 11:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Viza Kredit» bank olmayan kredit təşkilatının faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 500 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, «Viza Kredit» MMC 2011-ci ilin avqust ayından fəaliyyət göstərir. Təşkilatın əsas missiyası Azərbaycan ərazisində yaşayan, əsasən kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan və eləcədə paytaxt və regionlarda insanların istehlak ehtiyaclarının ödənilməsi məqsədilə müxtəlif növ kreditlərin verilməsindən ibarətdir. «Viza Kredit»in əsas məqsədi banklarla işləmək təcrübəsi olmayan və ya az təcrübəli, lakin bacarıqlı, banklar vasitəsi ilə yararlana bilməyən insanlara banka getmədən birbaşa öz yaşadıqları ərazilərdə qrup şəklində mikro-kreditlər verməklə onların maliyyə imkanlarını daha da artırılmasına nail olmaq və həmin ərazilərdə yaşayan insanların arasından kiçik və orta sahibkarların yaranmasına şərait yaratmaq, onları orta və iri məbləğdə fərdi kreditlərlə təmin etməkdən ibarətdir. Cari ilin əvvəlinə «Viza Kredit»in aktivlərinin həcmi 651,9 min manat, nizamnamə kapitalı isə 300 min manat təşkil edib. Hesabat dövründə «Viza Kredit» müştərilərə 606,3 min manat məbləğində kredit təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR