Bakıda havaya tullantıların azaldılması, neft dağılmalarının qarşısının alınması mövzusunda seminar keçirilib

Bakıda havaya tullantıların azaldılması, neft dağılmalarının qarşısının alınması mövzusunda seminar keçirilib
# 29 oktyabr 2013 13:27 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda Norveçin Azərbaycandakı səfirliyi və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə “Havaya tullantıların azaldılması, neft dağılmalarının qarşısının alınması və cavab vermə – təmizləyici texnologiyalar” mövzusunda seminar keçirilib.

APA-nın məlumatına görə, seminarda FHN, ARDNŞ, “Statoil”, “Caspian Drilling” və digər şirkətlərin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Norveçin İNTSOK şirkətinin regional direktoru Haakon Sketting Norveç neft və qaz sənayesi haqqında təqdimatla çıxış edib. Seminarda Norveçdə neft dağılmalarına cavab vermə mövzusunda təqdimat olub. Həmçinin Azərbaycanda neft dağılmalarının qarşısının alınması istiqamətində təkliflər səsləndirilib. Neft və qaz sektorunda metan qazının havaya tullantılarının monitorinqi və azaldılmasında mümkün ola bilən ən yaxşı texnologiyalar barədə məlumatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR