Bu gün Azərbaycanda 90 həkim işə qəbul olmaq üçün imtahan verib

Bu gün Azərbaycanda 90 həkim işə qəbul olmaq üçün imtahan verib
# 27 iyun 2013 14:26 (UTC +04:00)

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirliyin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Onlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb. İştirakçıların sayı nəzərə alınmaqla işə qəbul imtahanlarının 27 iyun, 2 iyul və 4 iyul tarixlərində keçirilməsi planlaşdırılıb. Bu gün keçirilmiş imtahanda 90 nəfər iştirak edib.

Növbəti imtahanlar 2 və 4 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Mərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR