AİB: Bu il Azərbaycanda ÜDM-in artımı 5% təşkil edəcək

AİB: Bu il Azərbaycanda ÜDM-in artımı 5% təşkil edəcək
# 01 aprel 2014 13:13 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə AİB-in yenilənmiş hesabatında qeyd olunur.

Bankın proqnozlarına görə, 2014-cü ildə Azərbaycan üzrə ÜDM-in artımı 5% təşkil edəcək. Qeyd edək ki, bundan öncəki proqnoz 4,8% olub.

Hesabata əsasən, cari il üçün ölkədə inflyasiya 4% (əvvəlki proqnoz 7%) həddində gözlənilir. AİB-in hesablamalarına görə, 2015-ci ildə ölkədə 3,5% səviyyəsində inflyasiya gözlənilir.

Ümumilikdə hesabata əsasən, cari ildə Mərkəzi Asiya (AİB bura Azərbaycanı da daxil edib) regionunun inkişafı 6,5% olacaq (əvvəlki proqnoz 6%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR