Azərbaycan orta aylıq əmək haqqına görə MDB-də dördüncüdür

Azərbaycan orta aylıq əmək haqqına görə MDB-də dördüncüdür
# 30 dekabr 2013 10:59 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan MDB ölkələri arasında orta aylıq əmək haqqının məbləğinə görə dördüncü yeri tutub.


APA-nın MDB-nin Statistika Komitəsinin məlumatlarına əsasən verdiyi xəbərə görə, bu ilin oktyabr göstəricilərinə əsasən, ən yüksək əmək haqqını Rusiya vətəndaşları alır (922 ABŞ dolları). İkinci yeri Qazaxıstan (689 dollar), üçüncü yeri isə Belarus (575 dollar) tutur. Azərbaycan 545 dollar (426,7 manat) göstəricisi ilə 4-cü mövqedə qərarlaşıb.

Ən aşağı əmək haqqı isə Tacikistanda (158 dollar) ödənilir.


Qeyd edək ki, bu ilin sentyabr ayında isə Azərbaycanda orta aylıq əmək haqqı 543 dollar (423,3 manat) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR