NATO baş katibi Rusiyanı Ukraynadakı separatçılara dəstək verməyi dayandırmağa çağırıb

NATO baş katibi Rusiyanı Ukraynadakı separatçılara dəstək verməyi dayandırmağa çağırıb
# 08 may 2014 12:15 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva-APA. NATO baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynadakı separatçılara dəstək verməyi dayandırmağa çağırıb.

APA-nın "euronews"a istinadən verdiyi xəbərə görə, bunu A.Rasmussen Varşavada Polşa rəsmiləri ilə görüşdən sonra bəyan edib.

“Rusiya başlanğıcdan bu böhranı qızışdırır. Moskva beynəlxalq öhdəliklərə uyğun davranmalı, separatçıları dəstəkləməyi dayandırmalı, Ukrayna ilə sərhəddən ordusunu geri çəkməli və bu böhranın siyasi həlli yolu tapılmalıdır", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR