«Finca Azerbaijan» banka çevrilmək niyyətindədir

«Finca Azerbaijan» banka çevrilmək niyyətindədir
# 26 noyabr 2013 13:25 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Finca Azerbaijan» bank olmayan kredit təşkilatının 2013-cü il noyabr 1-nə gəlirləri 10 mln. manat, kredit portfeli 200 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə təşkilatın baş maliyyə meneceri Marko di Natalye bəyan edib.

Onun sözlərinə görə, hazırda təşkilatın ümumi kapitalı 40 mln. manat təşkil edir və ilin sonuna kimi bu rəqəmin 45 mln. manata çatdırılması planlaşdırır.

Həmçinin bildirilib ki, «Finca Azerbaijan» bu ilin iyun ayında 10 mln. manat həcmində istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb.

M.di Natalyenin sözlərinə görə, «Finca Azerbaijan» tezliklə bank təşkilatına çevrilmək niyyətindədir və bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR