Əfqanıstan paytaxtında terror aktı törədilib, ölən və yaralananlar var

Əfqanıstan paytaxtında terror aktı törədilib, ölən və yaralananlar var
# 26 may 2014 17:45 (UTC +04:00)

Bakı – APA. Əfqanıstan paytaxtı Kabildə baş vermiş partlayış nəticəsində ən azı 2 nəfər ölüb, 9-u xəsarət alıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində terrorçu-kamikadze motosikleti əsgərləri daşıyan avtobusa çırpıb.

Qeyd edək ki, iyunda keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində Əfqanıstanda təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR