Prezident İlham Əliyev: “Qarabağ münaqişəsinin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaq”

Prezident İlham Əliyev: “Qarabağ münaqişəsinin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaq”
# 14 iyun 2014 19:16 (UTC +04:00)

Bakı-APA. “Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan arasında danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmayıb. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir. Yəni, onlar status-kvonun dəyişməsini istəmirlər”. APA-nın məlumatına görə, bunu iyunun 14-də Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşündən sonra çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı bir necə dəfə bəyanatlar vermələrinə baxmayaraq, Ermənistan hələ də buna məhəl qoymur, vəziyyəti dondurmaq və status-kvonu saxlamaq üçün hər şeyi edir: “Torpaqlarımız işğal altındadır. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi Ermənistanın nəzarətindədir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnaməsi hələ də icra olunmayıb. Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul ediblər, lakin onların heç biri icra olunmayıb”.

Prezident İlham Əliyev qeyd edib ki, münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması region üçün mühüm əhəmiyyətli məsələdir: “Bu münaqişənin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR