Qabon Azərbaycanın gömrük sahəsindəki təcrübəsini öyrənir - FOTO

Qabon Azərbaycanın gömrük sahəsindəki təcrübəsini öyrənir - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 09:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Bakıda səfərdə olan Qabonun İqtisadiyyat, İş və Davamlı İnkişaf Nazirliyi Gömrük və vasitəli vergilər Baş İdarəsinin baş direktoru Mişel Ondinqa Nquanquen görüş keçirilib.

«APA-Economics»in xəbər verdiyi kimi, Qabon tərəfinin təklifi ilə keçirilən görüş zamanı tərəflər arasında gömrük sahəsində əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.


DGK sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Qabon keçən ildən etibarən Rusiya və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə çox fəal iştirak edir: «Həmin tədbirlərdə Azərbaycanın kinoloji sahəsindəki nailiyyətlərini görüblər və bizimlə əməkdaşlığa başlamaq istəklərini bildiriblər. Bu ilin iyun ayında Ümumdünya Gömrük Təşkilatının keçirdiyi sessiya çərçivəsində onlara Azərbaycanda tətbiq olunan informasiya texnologiyaları barəsində də məlumat verilib. Qabon tərəfi bu işin təşkili və digər məsələlərlə bağlı bizimlə əməkdaşlıq etmək istəyir».


Komitə sədri əlavə edib ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən Afrika ölkələrinin sayı çoxdur. Belə ki, keçən il Toqonun nümayəndə heyəti Azərbaycanda səfərdə olub. A.Əliyevin sözlərinə görə, bu əməkdaşlığın davamı olaraq növbəti ayın əvvəllərində Azərbaycan nümayəndə heyəti Toqoya səfər edəcək: «Biz onlara kinoloji sahəsində hazırlanmış narkotik vasitələri tapan itləri, interaktiv avadanlıqlar və s. hədiyyə edəcəyik. Artıq bu sahədə Afrika dövlətləri ilə əməkdaşlığa başlamışıq. Həmçinin, Toqo ilə Azərbaycan arasında müvafiq əməkdaşlıq sazişinin layihəsi də hazırdır. Sənəd kadr potensialının gücləndirilməsi sahəsinə aiddir. Gələn il mənim Toqoya səfərim zamanı bu sənəd imzalanacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR