Sumqayıtda 3 otaqlı evdə yanğın olub

Sumqayıtda 3 otaqlı evdə yanğın olub
# 08 fevral 2014 20:07 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin mətbəxində 6 kv.m sahədə mebel yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR