Qaxda qadın piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB - VİDEO

Qaxda qadın piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 15 mart 2014 22:49 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə hadisə bu gün saat 20:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonu Tasmalı kəndi yaxınlığında baş verib.

Məlumata görə, 1965-ci ildə Laçın rayonu Ərikli kəndində anadan olan, hazırda Qaxın Şıxlar kəndində məskunlaşan məcburi köçkün Abdullayev Nazim Azay oğlu tərəfindən idarə olunan 10 ZR 558 dövlət nömrə nişanlı Toyota Prado markalı maşın Qaxdan Zaqatala rayonu istiqamətinə hərəkətdə olarkən şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşında qadını vurub. “Prado”nun sürücüsü xəsarət alan qadını Zaqatala rayon mərkəzi xəstəxanasına apararkən qadın yolda keçinib.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR